sağlamlıq

Regionlarda müasir tibbi xidmətin təşkili vətəndaşa əlçatanlığı təmin edir-Məhərrəm Göyüşoğlunun yazısı

11 aprel / 00:11 6 dəq
WhatsApp Image 2026 04 10 at 23.51.05
11 aprel / 00:11
Burada sizin reklamınız ola bilər

Söz önü:

2020-ci ilin noyabr ayının 1-də Qazax şəhəri, Çaylı  və Kosalar kəndlərinin bir qrup ictimai fəal və vətənpərvər sakininin dəstəyi ilə, Qarabağa, işğaldan azad olunmuş Cəbrayıla yardım aparmışdıq. Qayıdanda yolda eşitdim ki, atam insult keçirib.Yaşı irəliləsə də, orqanizm sağlam idi.Bəzi həkimlər uzağı bir həftə yaşayar desələr də,5 ay 9 gün  əcələ qarşı dirəndi, mücadilə etdi.Amma o xəstəlik üçün əlimiz yalın idi. Çünki, nə rayonumuzda, nə də bölgəmizdə fizioloji reabilitasiya üçün heç bir tibb müəsisəsi yox idi. Pandemiya zamanı olduğuna görə, təcili tibbi yardım maşını tapmaq belə müşkül iş idi. Deməm o ki, yaxın illərə qədər regionlarda yaşayan vətəndaşların müasir tibbə,səhiyyə xidmətlərinə əlçatanlığı yox idi. Hər şey üçün ancaq Bakıya üz tutmalıydıq. İşdə yaxın keçmiş. Qoy elə keçmiş olsun.

Dünən, aprelin 9-da atamın dünyadan köçməsindən 5 il keçdi.

Bir sosial şəbəkə elanından sonra yaranan təsüratlarım:-Bu bir reklam deyil!

Bir neçə gün öncə “instagram” da gəzişərkən qarşıma ortopedik problemi olan insanlara pulsuz müayinə haqqında bir elan çıxdı. “SuisseMEd” Gəncə adlı “İnstagram “səhifəsindən skolioz, kifoz,yastıpəncəlilik, sinə deformasiyaları, ayaq analizi kimi xidmətlərlə pasiyentləri pulsuz müayinə edəcəkləri barədə yayılan elan diqqətimi çəkdi. Mesaj yazdım, həmən geri yazdılar.Pasiyentin ad, soyad,yaşını soruşdular, yazdım.

Aprelin 9-u telefonuma zəng gəldi. Sabah(Bu gün) saat 10-da Tovuzda fəaliyyət göstərən “Regional Müalicə və Reabilitasiya Mərkəzi”nə gəlməli olduğumu söylədilər.(Bu Mərkəzin belə, varlığından xəbərimiz yoxdur. Halbuki, ayda heç olmasa 3-4 dəfə yanından keçirmişik)

(Dostlar, mənim özümdə yastı pəncəlilik var, bu təbii  və genetik olaraq övladlarıma da keçib. Həyatımın sevinci, son beşiyimiz Atillanın ayaqlarını müayinə etdirmək üçün növbəyə yazılmışdım)

 Həm də açığını deyim, son dövrlərdə hər sahədə aşırı pullu xidmətin tüğyan etdiyi, xüsusən də  özəl səhiyyə sektorumuzda pulsuz müayinənin necə olacağı barədə vətəndaş marağım məni Tovuza getməyə təhrik edirdi.

Bir tərəfdən də evdəki, “radikal və ənənəvi müxalifət”,yəni uşaqların anası- tənqidi və kəskin bəyanatlar səsləndirməyə başlamışdı : )): – “Lazım olanda Qazaxa həkimə aparmırsan, burdan tanımaza-bilməzə Tovuza gedirsən”-deyə qınayıcı sözlərin müşayiəti ilə uz tutdum Tovuza…

Tovuzlu dostlardan soruşdum “Regional Müalicə və Reabilitasiya Mərkəzi”nin ünvanını, dedilər, Qazax tərəfdən girişdə, Azpetroldan sonra sol tərəfdə yerləşir.

Nə isə gəldik bu Mərkəzə. İçəri girəndə təmizlik, səliqə-səhman diqqətimi çəkdi. Güləriz və diqqətli personəl bizi qarşılayıb nöbəyə yazdı. Oturduq gözlədik,o arada ətrafı müşahidə etmək fürsətimiz yarandı. Müasir idman zalında bir gənc qız və yaşlı qadın, mütəxəsislərin dəstəyi ilə fizioterapiya məşqləri edirdi.

Çox keçmədən,xeyli yaşlı, gənc və uşaqlarla doldu, Mərkəz .Hər kəsə eyni müamilə, eyni münasibət.

Bizim növbəmiz yetişdi,gülərüz, savadlı və peşəkar mütəxəsis Gülnarə Həşimova bizi qarşıladı.Yüksək səviyyədə diqqət göstərdi.Problemin aradan qaldırıla bilən olduğunu, harda istəsək müalicə etdirə biləcəyimizi söylədi. Mənimlə razılaşarsız ki, həkim və ya tibbi işçisi-mütəxəsislə pasiyent arasında ən önəmli şey dialoqdur. Həkim danışığı ilə xəstədə- pasıyentdə inam, etibar hissi yaratdısa , bu sonrakı uğur üçün əsas bazadır!

WhatsApp Image 2026 04 10 at 23.51.24

Məhz  Gülnarə xanımın bu cür davranışı məndə ona qarşı inam formalaşdırdı. Ən əsası müsbət aurası, ünsiyyət mədəniyyəti, peşəkar ortepedik mütəxəsis olması ilə yanaşı bir ziyalıya,aydın bir xanıməfəndiyə yaraşır keyfiyyətlər idi.

Gülnarə xanım bu Mərkəzdə məni başqa bir həmkarı ilə tanış etdi .Fizioterapevt doktor Jalə Babayeva ilə.İngiltərədə oxuyub, işləyib.Hazırda Tovuzda yaşayır və işləyir bu həkim. Regionumuzda bu sahədə illərlə həkim və tibbi kadrların boşluğu hiss olunurdu. Belə savadlı, ziyalı, dünyagörüşlü və ən əsası peşəkar həkimlərin paytaxtdan 500 km uzaq məsafadə fəaliyyəti bölgə insanı üçün bir şans və imkandır.

Yaxın zamanlarda “Qərb Xəbər Tv” yootube kanalında  karyerası Britaniyadan başlayıb, Tovuzda davam edən bu həkimlə geniş müsahibəni təqdim edəcəyik.

WhatsApp Image 2026 04 10 at 23.56.26

Söz ardı…

Dəyərli oxucum!

İnanın səmimiyyətimə ki, mən bu yazını yazmaqla nə bu qurumları, nə də həkimləri reklam etmək fikrindən uzağam. Mənim diqqətimi çəkən,məni sevindirən müasir peşəkar səhiyyənin yavaş-yavaş da olsa regionlara ayaq açmasıdır. Regionda yaşayan vətəndaşa bu cür səhiyyə xidmətlərinin əlçatan olması çox sevindiricidir.

Ümumiyyətlə, həm təhsil, həm də səhiyyənin  keyfiyyət səviyyəsi paytaxtla regionlar arasında eyniləşməlidir. Belə olarsa, həm urbanizasiyanın qarşısı alınar, həm də regionlarımız sürətlə abadlaşar. Rəqəmsallasan müasir dünyada məncə bunu etmək o qədər də çətin deyil. Sadəcə dövlətimiz yatırımlarla buna təşviq etməli, iqtisadi və biznes təşəbbüşlərinə sərbəstlik verilməlidir.

Məhərrəm Göyüşoğlu

“Qərb xəbər”

Mehe

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı