Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Regionlara uşaqlarla gedənlərin nəzərinə

15 iyun / 17:48 4 dəq
286886053 326254713024738 9207249698044794650 n
15 iyun / 17:48
Burada sizin reklamınız ola bilər

Baş DYP İdarəsi uşaqların respublika regionlarına səyahətini təşkil edən hüquqi və fiziki şəxslərə müraciət edib.

İdarədən  “Qərb Xəbər”ə  verilən məlumata görə, avtobuslarla qeyri-müntəzəm sərnişin daşımaları yalnız rəsmi və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na uyğun şəkildə həyata keçirilməklə aşağıda qeyd olunun tələblərə riayət edilməlidir:

Avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin daşınmalarına dair formulyarlar daşıyıcı tərəfindən bir il saxlanılmalıdır.

Uşaq qruplarının avtobuslarla daşınması yalnız “D” kateqoriyası və ya “D1” altkateqoriyası üzrə avtomobil nəqliyyatı vasitəsinin idarə olunmasında üç il və daha çox fasiləsiz iş stajına malik olan sürücülər tərəfindən yerinə yetirilə bilər.

Uşaq qruplarının 400 km-dən artıq məsafəyə daşınması üçün uşaqları aparan hər avtobusa iki sürücü təhkim olunur.

Növbəarası istirahəti 12 saatdan az olan və ya reysqabağı tibbi müayinədən keçməyən sürücülər tərəfindən, yaxud texniki vəziyyətinin reysqabağı yoxlanılması aparılmayan avtonəqliyyat vasitələri ilə uşaqların daşınması üçün reysə çıxmasına yol verilmir.

Avtobuslarla uşaq qruplarının daşınması yerinə yetirildikdə, daşınmanın sifarişçisi tərəfindən bir böyük müşayiətçi, aparılan uşaqların sayı iyirmidən çox olduqda isə iki böyük müşayiətçi təyin edilir. Müşayiətçilər uşaq qruplarının təhlükəsiz daşınması məqsədi ilə müvafiq tədbirlərin görülməsini təmin etməlidirlər. İki müşayiətçilərdən biri baş müşayiətçi təyin edilir. Həmin müşayiətçi əsas avtobusda olmalı və daşınma zamanı bu Qaydalardan irəli gələn tələblərin yerinə yetirilməsinə nəzarət etməlidir.

Azərbaycan  ərazisində uşaq qruplarının daşınması zamanı növündən asılı olmayaraq, avtobusların hərəkət sürəti saatda 70 kilometrdən artıq olmamalıdır. Yol hərəkəti qaydalarının tələblərinə uyğun olaraq uşaqların daşınmasını yerinə yetirən avtobusların yaxın məsafə üçün işıqları günün vaxtından asılı olmayaraq yandırılmalı və onlar “Uşaqların daşınması” tanınma nişanı ilə təchiz edilməlidir.

Uşaqların daşınması sayı 3-dən 10-dək avtobusun daxil olduğu kolonlarla yerinə yetirilməsi haqqında məlumat aldıqda, BDYPİ-nin müvafiq bölmələri həmin kolonların bir ədəd patrul avtomobili, kolona daxil olduğu avtobusların sayı 10-dan çox olduqda isə iki patrul avtomobili ilə müşayiət olunmasını təmin etməlidir.

Bu Qaydaların və ya yol hərəkəti qaydalarının tələblərinin pozulması halları aşkar edildikdə, BDYPİ-nin əməkdaşı və ya əsas avtobusda olan baş müşayiətçi təhlükəsiz hərəkətin davam etdirilməsinə maneə yaradan halların və pozuntuların aradan qaldırılması üzrə zəruri tədbirlər görülənədək uşaqların daşınmasını qadağan edir.

Daşınmanın davam etdirilməsi haqqında qərar bu bənddə göstərilən şəxslər tərəfindən qəbul edilir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı