Hadisə

Gəncədə məsciddən “Quran” oğurlanıb

30 yanvar / 10:40 1 dəq
422404455
30 yanvar / 10:40
Burada sizin reklamınız ola bilər

Gəncə şəhərində məsciddən oğurluq olub.

Report-un xəbərinə görə, şəhərdə yerləşən Şah Abbas məscidindən “Qurani Kərim” kitabı və 110 manat pul oğurlanıb.

Hadisəni bir və ya birdən çox şəxsin törətdiyi hələ məlum deyil, araşdırma aparılır.

Qeyd edək ki, Şah Abbas məscidi (və ya Gəncə Cümə məscidi) Gəncəçayın sol sahilində, Gəncənin tarixi mərkəzində yerləşən, XVII əsrdə Arran memarlıq üslubunda inşa edilmiş tarixi məsciddir.

Paylaş
Burada sizin reklamınız ola bilər