Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Hadisə

Nərminin qətli ilə bağlı saxlanılan var

8 yanvar / 17:10 2 dəq
10 yasli qizin qetli ile bagli yeni faktlar1
8 yanvar / 17:10
Burada sizin reklamınız ola bilər

“Əgər bu cinayətin arxasından kənd sakini çıxarsa, onun bütün nəsil və nəcabətini kürüyüb kənddən çıxardacağıq”.  

Bunu qaynarinfo-ya açıqlamasında Dondar Quşçu kəndininin sabiq bələdiyyəsi Hicran Vəliyeva 10 yaşlı Nərmin Quliyevanın öldürülüb, sonra isə yandırılmasından danışarkən deyib.

Onun sözlərinə görə, hazırda Dondar Quşçu kəndi şokdadır:

“Nərmin bizim kəndin sakinidir. Hadisə balaca bir kənddə baş verib. Qız itkin düşəndən sonra hüquq-mühafizə orqanlarına məlumat verilib. Uşağı hadisə yerinə sürüyüb atıblar. Nərminin ailəsini tanıyıram. Mən bələdiyyə sədri işləyəndə nənəsi gəlmişdi, dolana bilmədiklərini dedi. Onlar üçün torpaq sahəsi ayırdım. Həmin vaxt bunlar kirayədə yaşayırdı. Nənə ev tikib qızı və nəvələri ilə həmin evə daşındı. Nərminin özündən başqa iki bacısı var. Atası fəhlədir. Anası da kafedə işləyir, səhər çıxıb axşam gəlir. Qız pis adama rast düşüb. Düşünürəm ki, qızı zorlayıblar. Ya həmin anda ölüb, ya da pis vəziyyətə düşüb. Cinayətkar isə izi itirmək məqsədi ilə onu yandırıb”.

Hicran Vəliyeva bildirib ki, hadisəni kənd sakini İbrahim müəllimin oğlu görüb: “Baxıb ki, nəsə yanır. Yaxınlaşıb sondürüblər. Həmin oğlanın psixoloji problemləri var. Hazırda hüquq-mühafizə orqanları onu saxlayıb. Amma bununla belə araşdıma gedir. Bütün kənd ayaq üstədir”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı