Qovlar şəhər sakinləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.
“Bölgənin Səsi” saytı həmin müraciəti təqdim edir:
“Tovuz rayonunun Qovlar dəmir yol stansiyasında piyadaların gediş-gəlişini, təhlükəsizliyini təmin etmək üçün yeraltı keçid inşa edilməyib. Bu da sakinləri narazı salır.
Dəmir yol xətləri Qovlar şəhərininin yaşayış sahəsini 2 yerə bölür. Dəmir yolunun alt hissəsində 400-dən çox yaşayış evi var. Həmin yaşayış sahəsində nə xəstəxana, nə baxça, nə məktəb, nə də ki, iaşə obyektləri var. Tovuz RİH-nin İƏD üzrə nümayəndəsi, Qovlar bələdiyyəsi, xəstəxanalar, baxçalar, məktəblər, mağazalar, marketlər dəmir yolunun üst hissəsində yerləşdiyi üçün, dəmir yolunun alt hissəsində yaşayan sakinlər xəstəxanalara, baxçalara, məktəblərə və s. getmək üçün dəmir yolunun üstündən keçərək getmək və gəlmək məcburiyətində qalırlar.
Qovlar dəmir yol stansiyasında 4 dəmir yol xətti mövcuddur. Həmin yollardan birində yük qatarı dayanıbsa, yaşlı insanlar, uşaqlar, qadınlar, məktəblilər dayanan vaqonların altından əyilərək keçmək məcburiyətində qalırlar. Elə vaxtlar olur ki, yük qatarları saatlarla stansiyada durur, vaqonların altından keçə bilənlər keçib-gedirlər, keçə bilməyən yaşlılar, qadınlar, uşaqlar heç cür keçə bilmir. Nəticədə uşaqlar məktəbə, yaşlılar xəstəxanaya və s. gedə bilməyərək evlərinə dönmək məcburiyyətində qalırlar.
Dayanmış qatarın altından keçərkən hər an, hər dəqiqə qorxunc hadisə baş verə bilər. Sakinlərin heç bir təhlükəsizliyi qorunmur və təmin edilmir. Gün ərzində piyadaların istifadə etdiyi həmin yerdən 2000-3000 min insan istifadə edir.
Bakı Qazax, Qazax Bakı avtomobil yolundan istifadə edən sərnişinlər də həmin dəmir yol xətlərinin üstündən keçmək məcburiyyətində qalırlar. Bundan başqa, Bakı-Qazax avtomobil yolunun alt hissəsində Aran Yanıxlısı, Aşırallar kəndləri də var. Həmin kəndlərdə də baxça, xəstəxana, bir dənə də olsun iaşə obyektləri yoxdur. Həmin kəndlərin sakinləri də Qovlar stansiyasındakı xəttlərin üzərindən keçərək işlərini həll edirlər. Qovlar şəhər sakinləri 07 yanvar 2020-ci il saat 16:00 radələrində dinc aksiya keçirərək bu ciddi problemlərinin həll olunması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İ. Əliyevə müraciət ünvanlayırlar.
CƏNAB PREZİDENT İLHAM ƏLİYEV!
YAŞLI İNSANLARIN, UŞAQLARIN, MƏKTƏBLİLƏRİN TƏHLÜKƏSİZLİYİNİ NƏZƏRƏ ALIB QOVLAR DƏMİR YOL STANSİYASINDA PİYADALARIN RAHAT GEDİŞ-GƏLİŞİNİ TƏMİN ETMƏK ÜÇÜN EKSKALATORLU YERALTI KEÇİD QURULMASI ÜÇÜN SƏLAHİYYƏTLİ QURUMLARA TAPŞIRIQ VERMƏYİNİZİ XAHİŞ EDİRİK.
Əvvəlcədən təşəkkürümüzü bildiririk!”
QOVLAR ŞƏHƏR SAKİNLƏRİ AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İ. ƏLİYEVƏ MÜRACİƏT ÜNVANLADILAR.Bura Tovuz rayonunun Qovlar dəmir yol stansiyasıdır. Stansiyada piyadaların gedib gəlişini, təhlükəsizliyini təmin etmək üçün yeraltı keçid inşa edilməyib. Bu da sakinləri narazı salır. Dəmir yol xəttləri Qovlar şəhərininin yaşayış sahəsini 2 yerə bölür. Dəmir yolunun alt hissəsində 400 dən çox yaşayış evi var. Həmin yaşayış sahəsində nə xəstəxana, nə baxça, nə məktəb, nə də ki, iaşə obyektləri yoxdur. Tovuz RİH nin İƏD üzrə nümayəndəsi, Qovlar bələdiyyəsi, xəstəxanalar, baxçalar, məktəblər, mağazalar,marketlər dəmir yolunun üst hissəsində yerləşdiyi üçün, dəmir yolunun alt hissəsində yaşayan sakinlər xəstəxanalara, baxçalara, məktəblərə və s. getmək üçün dəmir yolunun üstündən keçərək getmək və gəlmək məcburiyətində qalırlar. Qovlar dəmir yol stansiyasında 4 dəmir yol xətti mövcuddur. Həmin yollardan birində yük qatarı dayanıbsa yaşlı insanlar, uşaqlar, qadınlar, məktəblilər dayanan vaqonların altından əyilərək keçmək məcburiyətində qalırlar. Elə vaxtlar olur ki, yük qatarları saatlarla stansiyada durur, vaqonların altından keçə bilənlər keçib gedirlər, keçə bilməyən yaşlılar,qadınlar, uşaqlar heç cür keçə bilmir, nəticədə uşaqlar məktəbə, yaşlılar xəstəxanaya və s. gedə bilməyərək evlərinə dönmək məcburiyyətində qalırlar. Dayanmış qatarın altından keçərkən hər an, hər dəqiqə qorxunc hadisə baş verə bilər. Sakinlərin heç bir təhlükəsizliyi qorunmur və təmin edilmir. Gün ərzində piyadaların istifadə etdiyi həmin yerdən 2000 3000 min insan istifadə edir. Bakı Qazax, Qazax Bakı avtomobil yolundan istifadə edən sərnişinlər də həmin dəmir yol xəttlərinin üstündən keçmək məcbu riyyətində qalırlar. Bundan başqa dəmir yolunun alt hissəsində Bakı Qazax avtomobil yolunun alt hissəsində Aran Yanıxlısı, Aşırallar kəndləri də var. Həmin kəndlərdə də baxça, xəstəxana, 1 dənə də olsun iaşə obyektləri yoxdur. Həmin kəndlərin sakinləri də Qovlar stansiyasındakı xəttlərin üzərindən keçərək işlərini həll edirlər. Qovlar şəhər sakinləri 07 mart 2020 ci il tarixdə dinc aksiya keçirərək bu ciddi problemlərinin həll olunması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İ. Əliyevə müraciət ünvanlayırlar. CƏNAB PREZİDENT! YAŞLI İNSANLARIN, UŞAQLARIN, MƏKTƏBLİLƏRİN TƏHLÜKƏSİZLİYİNİ NƏZƏRƏ ALIB QOVLAR DƏMİR YOL STANSİYASINDA PİYADALARIN RAHAT GEDİB GƏLİŞİNİ TƏMİN ETMƏK ÜÇÜN EKSKALATORLU YER ALTI KEÇID QURULMASI ÜÇÜN SƏLAHİYYƏTLİ QURUMLARA TAPŞIRIQ VERƏSİNİZ. Əvvəlcədən təşəkkürümüzü bildiririk.
Posted by Vaqif Axmedov on Wednesday, January 8, 2020