Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

Rayonlara gələnlərə xəbərdarlıq

25 dekabr / 12:46 2 dəq
421652733
25 dekabr / 12:46
Burada sizin reklamınız ola bilər

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dekabrın 21-dən gücləndirilmiş iş rejimində çalışır və yanvarın 5-nə qədər davam edəcək.

Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova məlumat verib. O bildirib ki, digər günlərlə müqayisədə daha çox sərnişin axınının olacağı nəzərə alınaraq xəttə ehtiyat avtobusları cəlb olunub: “Ötən ilin statistikasına görə, ən çox sərnişin sıxlığı 28, 29, 30 dekabr tarixlərinə təsadüf edib. Sərnişinlərə yarana biləcək sıxlığı nəzərə alaraq biletləri bir neçə gün öncədən əldə etmələri tövsiyə olunur.

Biletləri avtovağzalın kassalarından, eyni zamanda www.avtovagzal.az saytı və mobil tətbiq vasitəsilə 10 gün öncədən 1 gün qabağa qədər əldə etmək mümkündür. Sərnişinlər yarana biləcək hər hansı sual, sorğu və ya şikayətlə bağlı (012) 406-01-58/59 nömrəli “Məlumat Mərkəzi”nə zəng edə, eyni zamanda Bakı Beynəlxalq Avtovağzal Kompleksinin facebook səhifəsinə və ya info@avtovagzal.az e-mail ünvanına yazıb müraciət edə bilərlər.

Xatırladaq ki, “Məlumat Mərkəzi” həftənin 7 (yeddi) günü səhər saat 07:00-dan 00:30-a kimi fəaliyyət göstərəcək. Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzalı yalnız avtovağzal ərazisindən fəaliyyət göstərən avtobuslara nəzarət edir. Qeyri-qanuni sərnişindaşıma ilə bağlı yarana biləcək hər hansı bir hadisəyə BBAK cavabdehlik daşımır”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı