Rusiyanın Yekaterinburq şəhərində yerləşən “Uralmaşzavod”da böyük yanğın başlayıb.
Qerbxeber.com APA-nın Rusiya bürosuna istinadən xəbər verir ki, “Shot” teleqram kanalı zavoddakı sexlərdən birinin yandığını yazıb.
İlkin məlumata görə, 500 litrə yaxın parlaq boyanın olduğu 57 saylı sex yanıb.
Şəhərin müxtəlif yerlərindən zavodun ərazisindən qara tüstünün çıxdığı müşahidə olunur.
Bildirilib ki, yanğının sahəsi 800 kvadratmetr olub, dam örtüyü dağılıb.