Qazax sakini Kəmərli gölündə batdı
Qazax rayonunda bədbəxt hadisə baş verib.
Qerbxeber.com -un məlumatına görə, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb.
Kənd sakini 69 yaşlı Əli Rəhimov övladı və nəvələri ilə Kəmərli kəndində 1985-ci ildə inşa edilmiş gölün kənarında gəzişərkən ayağı sürüşərək gölə düşüb. Kənd sakinlərinin Qerbxeber-ə söylədiklərinə görə həmin vaxt, Əli Rəhimovun yanında nəvələri olub. Oğlu gölün başqa səmtində olub. Uşaqların kömək çağırışlarına yaxınlıqda balıq tutan sakinlər gəlsə də, artıq gec olub və Əli kişi həyatını itirib.
Meyit balıqçılar tərəfindən sudan çıxarılaraq ailəsinə təhvil verilib.
Bizim şərh:
Kəmərli kəndində hadisə baş verən bu göl, Sovet rəhbərliyi tərəfindən Kəmərli meşələrinin Ermənistana verilməsindən sonra ,1985-ci ildə inşa edilib.Qeyd edək ki, indiyə qədər 3-4 nəfər kənd sakini bu göldə batıb.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı