Ağstafa rayonu ərazisində yas mərasiminə qatılan şəxslər karantin rejimi qaydalarının pozulması əsas gətirilərək Ağstafa Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən saxlanılıblar.
“Qərb Xəbər”in məlumatına görə, hadisə aprelin 21-də Ağstafa şəhərində baş verib.
Ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək 4 nəfər cərimə olunub, 2 nəfər isə 7 və 8 sutka həbsə məhkum ediliblər.