Dünya

Rəsmi Vaşinqton Rusiyaya qarşı kəskin sanksiyaların olacağını deyir

19 may / 09:25 1 dəq
Indir 2025 05 19t092157.018
19 may / 09:25
Burada sizin reklamınız ola bilər

Vladimir Putin sülh danışıqlarını öz razılığı ilə aparmasa Amerika Birləşmiş Ştatları Avropa ilə birlikdə tərəddüd etmədən Rusiyaya qarşı sanksiyaları gücləndirəcək.

Qerbxeber.com xəbər verir ki, ABŞ-ın maliyyə naziri Skott Bessent prezident Donald Trampın bunu açıq şəkildə ifadə etdiyini deyib.

“Sizə deyə bilərəm ki, Co Bayden administrasiyası dövründə sanksiyalar çox təsirsiz idi. Onlar sanksiyaları aşağı səviyyədə saxladılar. Çünki bunun daxili neft qiymətlərini artıracağından qorxdular.”, – Bessent bildirib.

Xatırladaq ki, danışıqlar başlayandan bəri Ağ Ev dəfələrlə Rusiyanın atəşkəsdən və sülh danışıqlarından imtina edəcəyi təqdirdə Moskvanı yeni sanksiyalarla vuracağını bildirib.

Sanksiyalarla bağlı variantlardan biri Rusiyadan ABŞ və digər ölkələrə ixrac edilən istənilən mala yüksək vergilərin tətbiqidir.

Paylaş
Burada sizin reklamınız ola bilər