İqtisadiyyat

Qızılın qiyməti ucuzlaşıb

24 aprel / 11:55 1 dəq
Qizil gumus
24 aprel / 11:55
Burada sizin reklamınız ola bilər

Qlobal əmtəə bazarlarında qiymətli metallar ucuzlaşıb.

Qerbxeber.com xəbər verir ki, COMEX birjasında qızılın iyun fyuçersləri 0,71% və ya 33,60 dollar azalaraq 4 690,40 dollar təşkil edib.

Spot bazarda da qızıl 0,43% və ya 20,05 dollar ucuzlaşaraq 4 674,09 dollara enib.

Gümüşün iyul fyuçersləri 0,72% və ya 0,55 dollar azalaraq 75,51 dollar olub. Misin qiyməti daha kəskin – 1,38% və ya 8,50 dollar azalaraq 605,75 dollar təşkil edib. Platin isə 0,82% və ya 16,56 dollar ucuzlaşaraq 1 994,72 dollar səviyyəsinə enib.

Analitiklərə görə, qiymətli metallarda eniş əsasən dolların möhkəmlənməsi və investorların riskdən qaçma meyllərinin dəyişməsi ilə bağlıdır.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı