Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Maraqlı

Qandala çevrilmiş qarın piyləri – “BƏDƏNİMİZİN SƏSSİZ QİSASI!”-ELNUR NEMƏTOVUN tövsiyyələri

28 iyun / 23:55 2 dəq
Elnur hoca
28 iyun / 23:55
Burada sizin reklamınız ola bilər

Həm arıqlamaq istəyirik, həm də:

“Yedim, köpdüm və ya ağırlaşdım…” — deyirik.
Bu niyə baş verir?

Çünki yeməkləri düzgün ardıcıllıqla yemirik.

Yəni oturan kimi çörək, salat, turşu, pendir — aləmi vururuq bir-birinə…

Sonra da: “Giley…”

Bəs düzgün ardıcıllıq necədir?
Qanda şəkəri necə düzgün tənzimləyək ki, köpməyək və tez acmayaq?
Bildiyimiz kimi bəzi qidalar var ki, yəni sadə karbohidratlar — qana tez sorularaq enerji verir, lakin tez də aclıq hissi gətirir.
Bunlar şəkər, bal, şirniyyat, ağ undan hazırlanan çörək və s. qidalardır ki, aşırı dərəcədə qəbul olunduqda qalıq verərək yağ şəklində depolanır.
Yəni bədənimiz onu tez mənimsəyib, tez xərclədiyi üçün bir daha gəlməyəcəyini düşünüb, qalıq hissəsini yağ şəklində depolamağa başlayır.
Bu da bütün insanlarda, əsasən, qarın bölgəsində toplanır.
Buna el arasında “xilasetmə kəməri” də deyirlər…
Bu kəmər elə bir bəladır ki, nə çıxarıb ata bilmirsən, nə də açarını tapa bilmirsən…

Bədənə verdiyin əziyyətin cəzası olaraq, belinə bağladığı qandal kimi qalır.

Sadə karbohidratlarla bədəninə verdiyin əziyyəti, yalnız kompleks karbohidratlarla yavaş-yavaş balanslaşdırıb, qandaldan azad olmaq olar.
Bəs kompleks, yəni (lifli) karbohidratlar nədir?
Kompleks karbohidratlar bədəni uzun müddət tox saxlayır, enerjini yavaş-yavaş verir və arıqlama zamanı çox effektiv rol oynayır.
Yemək yeyərkən xüsusi ardıcıllıqla bu karbohidratların qəbulu ən sağlam qidalanma sayıla bilər.
Çünki bədən onları aramla mənimsəyir, heç bir həyacan təbili çalmır.
Tövsiyəm budur ki:
Təkbaşına arıqlamağa çalışmayın!
Hal-hazırda bu işdə sizə yardım edə biləcək kifayət qədər peşəkarlarımız var.
Piy qandallarının açarları onlardadır.
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı