Rusiya Xarkova ballistik raket atıb
Rusiya Silahlı Qüvvələrinin Xarkova ballistik raketlə zərbə endirməsi nəticəsində bir nəfər həlak olub, 57 nəfər yaralanıb.
Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Xəsarət alanlardan beşi uşaqdır.
Xarkov vilayət dövlət administrasiyasının sədri Oleq Sinequbov bildirib ki, zərbə Osnovyansk rayonunda çoxmənzilli yaşayış binalarına endirilib.
Məlumata görə, dağıntılar altında insanların qalması ehtimal olunur.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı