İyunun 9-da Qazax Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının və “Saloğlu” fərdi firmasının birgə təşkilatçılığı ilə işsiz və işaxtaran şəxslər üçün “Açıq qapı” günü keçirilib.
Qazax Gənclər Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının müdiri Elçin Nəsibov, Səməd Seyidovun köməkçisi Akif Əmirov, Zaur Əhmədov, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasib, rayonda fəaliyyət göstərən digər sahibkarlar, şəhər və rayonun kəndləri üzrə işsiz və işaxtaran şəxslər iştirak ediblər.
Məlumat üçün qeyd edək ki, “Saloğlu” fərdi firması tərəfindən 14 peşə – satınalma mütəxəssisi, satış mütəxəssisi, planlama mütəxəssisi, kadrlar üzrə mütəxəssis, mühasib, maliyyə mütəxəssisi, operator, usta köməkçisi, mebel montaj ustası, mebel ustası, təsərrüfat işçisi, fəhlə, dərzi, tikişçi peşələri üzrə 200 vakansiya elan olunub. “Açıq qapı” günündə 200 nəfərə yaxın vətəndaş iştirak edib. Qeyd olunan vakansiyalar üzrə işə qəbul olunmaq istəyən 75 nəfər şəxs qeydiyyatdan keçib.