Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xarici ölkədən qeyri-qanuni yolla Azərbaycan ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryerlər saxlanılıb.
“Qərb Xəbər” bildirir ki, bu barədə DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Araşdırmalar zamanı məlum olub ki, Bakı şəhər sakini, Ümid Rəsulov və Zəngilan rayon sakini Bəhruz Əhmədov sosial şəbəkələr üzərindən əcnəbi vətəndaş ilə müəyyən məbləğ və narkotik vasitə qarşılığında Qazax rayonu ərazisində gizlədilən narkotik vasitəni götürərək respublikanın digər şəhər və rayonlarına aparmaq barədə razılaşıblar.