Azəriqaz” sutkalıq 48 milyon kubmetr qaz qəbul edib ki, bu da rekord bir göstəricidir. Keçən ilin eyni gününə nisbətən 8 milyon kubmetr artıq qaz qəbul olunub.
Bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev deyib.
O bildirib ki, hazırda ölkə üzrə qaz təchizatı ilə bağlı ciddi bir problem yoxdur:
“Bir-iki yerdə kiçik bir qəzalarımız olub və onlar aradan qaldırılıb”.
Sədr əlavə edib ki, Azərbaycanda əhali qrupu üzrə abonentlər üçün tətbiq olunan qaz istifadəsi limitlərinin ləğvi məsələsi gündəmdə deyil.
Axar.az