AbŞ gürcustan səfiri
“İvanişvili öz maraqlarını gürcü xalqının maraqlarından üstün tutur” – ABŞ səfiri
Roman storovoyt
Rusiyalı nazır işdən çıxarılması haqda sərəncamın “mürəkkəni qurumamış” intihar etdi
Asif
Moskvanın Bakıya qarşı edə biləcəkləri və ya ZƏNGƏZURA nəzarəti kim edəcək-ASİF NƏRİMANLInın təhlili
1668862550 saakasvili
Saakaşvili: Cənubi Qafqazda baş verənlər Rusiyanın Ukrayna cəbhəsində zəifləməsinin birbaşa nəticəsidir
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Qarabağla bağlı 35 il öncəki SENSASİON variant: “Nə Elçibəy, nə də Heydər Əliyev qəbul etdi”

2 il ago
A A
128687

Nikol Paşinyan Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə 30 illik danışıqlar müddətində Qarabağ məsələsinin həlli üçün sadəcə bir dəfə real variantın təklif edildiyini deyib. Paşinyan bildirib ki, 1999-cu ildə irəli sürülən bu variantda Mehrinin Azərbaycana, Qarabağın isə Ermənistana birləşdirilməsi təklif olunub.

Lakin təklif Bakı tərəfindən qəbul edilməyib. İllər ərzində bütün aparılan danışıqlarda isə məsələnin həllinə deyil, bəzi qüvvələr tərəfindən uzadılmasına çalışdığını açıqlayıb. Baş nazir Qarabağın Mehri ilə mübadiləsi təklifinin ən məntiqli və İrəvanın marağına uyğun variant olduğunu bildirsə də, erməni ictimaiyyəti onun açıqlamasını birmənalı qarşılamayıb. Həmçinin bu təklifin dəqiq kim tərəfindən irəli sürüldüyünə dair suallar ortaya çıxıb.

Bəs sözügedən variant Bakı üçün nə dərəcədə reallığa uyğun və məntiqli hesab edilə bilərdi?

Mövzu ilə bağlı danışan Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin köməkçisi, politoloq Oqtay Qasımov bu təklifin çox daha əvvəlki illərdə təklif edildiyini deyib:

“1999-cu ildə aparılan danışıqlarda Qarabağın Mehri ilə əvəzlənməsi kimi ideya gündəmdə olub. Əslində bu fikir daha əvvəl -1988-ci ildə, Qarabağda separatçı hərəkat başlananda səsləndirilmişdi. SSRİ Elmlər Akademiyasının üzvü Andrey Saxarov belə bir təklifi irəli sürmüşdü. Hətta A.Saxarov Bakıda Milli Elmlər Akademiyasında keçirdiyi görüş zamanı da bu fikri səsləndirmişdi. Hələ o zaman Azərbaycan elmi ictimaiyyətinin nümayəndələri sözügedən fikrə qarşı çıxmış, təklifi rədd etmişdilər. Daha sonra 1992-ci ildə amerikalı politoloq Poll Qobl da belə bir ideya ilə çıxış etdi. O zaman bu məsələ Qarabağın Zəngəzurla dəyişdirilməsi kimi gündəmə gəlsə də, faktiki olaraq Mehri ilə mübadilə demək idi”.

Politoloq qeyd edib ki, bu variant Azərbaycanın heç bir hakimiyyəti tərəfindən qəbul edilən bir ideya deyildi:

“Qeyd etdiyim kimi, 1992-ci ildə ortaya atılan bu fikri Əbülfəz Elçibəy hakimiyyəti rədd etdi. 1999-cu ildə mövzu yenidən gündəmə gətirildi. O zamankı prezident Heydər Əliyev də ideyanı qəbul etmədi. Bunun əsas mahiyyəti odur ki, heç bir halda Mehri ilə Qarabağ eyniləşdirilə bilməz. Qarabağ həm tarixi, həm də beynəlxalq hüquqi baxımdan Azərbaycanın tərkib hissəsidir. Ermənilər də orada sonradan məskunlaşıblar. Yəni heç bir halda Qarabağın dəyişdirilməsindən söhbət gedə bilməzdi”.


Oqtay Qasımov

Politoloq Mehri üzərindən Zəngəzur dəhlizinin açılması ilə bağlı illər öncə razılıq əldə olunduğunu bildiirb:

“Əslində Mehri rayonunun Ermənistana hansı tarixdə verildiyi də bəllidir. Bu ərazi 1921-1922-ci illərdə Zəngəzurun bir bölgəsi kimi Azərbaycan xalqından soruşulmadan bolşeviklər tərəfindən Rusiyaya verilib. Rayon vaxtı ilə azərbaycanlıların sayca üstünlük təşkil etdiyi ərazilərdən biri idi. Mehri üzərindən Zəngəzur dəhlizinin açılması məsələsi 1990-cı illərdə də müzakirə olunub. 1993-cü ildə Azərbaycanla Ermənistan arasında ABŞ, Rusiya və Türkiyənin vasitəçiliyi ilə aparılan danışıqlarda həmin məsələ gündəmə gətirilib. O dövrdə Zəngəzurdan kommunikasiyaların açılması ilə bağlı ilkin razılaşmalar da əldə edilmişdi. Lakin sonrakı müddətdə proseslərin gedişatı bunun həyata keçirilməsinə imkan vermədi. Mövzu 30 il sonra yenidən gündəmdədir”.

O.Qasımov ermənilərin əsas hədəfinin başqa olduğunu, Mehrinin mübadiləsi məsələsinə özlərinin də müsbət baxmadığını deyib:

“Azərbaycanın qərb rayonlarının Mehri vasitəsilə Naxçıvanla birləşməsi Azərbaycanın maraqlarına uyğundur. Lakin heç bir halda Qarabağ boyda ərazinin kiçik bir rayonla dəyişdirilməsi qəbul edilə bilməzdi. O baxımdan sözügedən təklif müzakirə olunmadan rədd edildi. Maraqlıdır ki, Azərbaycanın qəbul etmədiyi bu varianta, o illərdə ermənilər də çox isti yanaşmırdılar. Onların əsas məqsədi Qarabağın Ermənistana birləşdirilməsi idi”.

Globalinfo.az

Son xəbərlər

AbŞ gürcustan səfiri

“İvanişvili öz maraqlarını gürcü xalqının maraqlarından üstün tutur” – ABŞ səfiri

07 İyul 2025
281124 victor osimhen of galatasaray celebrates victory 1920.jpg

“Qalatasaray” Qsimhenlə müqavilə imzaladı

07 İyul 2025
Zelenski starmer

Zelenski Britaniya Baş naziri Starmer ilə dron istehsalını müzakirə edib

07 İyul 2025
Roman storovoyt

Rusiyalı nazır işdən çıxarılması haqda sərəncamın “mürəkkəni qurumamış” intihar etdi

07 İyul 2025
Zatulin

Bakı-Moskva münasibətləri yenidən qızışır-Bu dəfə Zatulin “gül ağzını açıb”danışmağa başıadı

07 İyul 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.