Siyasət

AYNA: “Qırmızı körpü” gömrük postunda 300 nəqliyyat vasitəsi növbədədir

12 avqust / 18:36 1 dəq
Qırmızı korpu
12 avqust / 18:36
Burada sizin reklamınız ola bilər

Azərbaycanın gömrük-sərhəd buraxılış məntəqələrində çıxış istiqamətində canlı növbədə olan yük nəqliyyat vasitələrinin sayı açıqlanıb.

Yerüstü Nəqliyyat Agentliyindən Teleqraf-a verilən məlumata görə, Gürcüstanla sərhəddə “Qırmızı Körpü” gömrük postunda 300, “Mazımqara” gömrük postunda isə 8 yük nəqliyyat vasitəsi növbədədir.

Rusiya ilə sərhəddə “Xanoba” gömrük postunda növbə qeydə alınmayıb, “Samur” gömrük postunda isə 85 yük maşını gözləyir.

İran İslam Respublikası ilə sərhəddə isə “Biləsuvar” gömrük postunda 35, “Astara” gömrük postunda 44 yük maşın növbədədir.

Paylaş
Burada sizin reklamınız ola bilər