Hadisə

Rusiya sülhməramlılarının Qarabağda ləğv edilən müşahidə məntəqələrinin sayı açıqlanıb

12 oktyabr / 08:58 1 dəq
9060af4a 66b7 3035 83fc 80ba3d14a9d2
12 oktyabr / 08:58
Burada sizin reklamınız ola bilər

Sentyabrın 19-dan Rusiya sülhməramlıları Qarabağda 6 müşahidə məntəqəsini və 15 müvəqqəti müşahidə məntəqəsini bağlayıb.

“Qərb Xəbər” bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Rusiya sülhməramlı kontingentinin cavabdeh olduğu ərazidə atəşkəs rejiminin pozulması halı qeydə alınmayıb.

Xatırladaq ki, 2020-ci il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatına əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.

Paylaş
Burada sizin reklamınız ola bilər