Dünya

Qətlə yetirilən 14 yaşlı qızın anası və dayısı barəsində həbs-qətimkan tədbiri seçilib

12 oktyabr / 09:12 2 dəq
C3f3f56448fc35a3eb0346803a5ac81b
12 oktyabr / 09:12
Burada sizin reklamınız ola bilər

Kvemo Kartli bölgə prokuroru Xatia Qoqriçianinin sözlərinə görə, Saqarecoda qətlə yetirilən 14 yaşlı Aytac Şahmarovanın zorla evləndirilməsinin təşkilatçısı onun anası olub.

“Qərb Xəbər” 24News.ge istinadən xəbər verir ki, prokuror yeniyetmənin ölümündə onun anasının birbaşa məsuliyyət daşıdığını vurğulayıb.

Qətlə yetirilən 14 yaşlı qızın anası və dayısı zorla ərə vermə və cinayət barədə məlumat verməmə faktları üzrə Rustavi məhkəməsinin hökmü ilə həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, 2023-cü ilin yayında azyaşlını nikaha daxil olmağa məcbur etmək məqsədilə qaçıran Alim Sadiqov onun azadlığının qanunsuz olaraq qarşısını alaraq, Ləmbəli kəndinə gətirib.

Buna baxmayaraq, azyaşlı gizlicə evdən çıxıb və tanımadığı şəxsin mobil telefonu ilə anası ilə əlaqə saxlayıb, onun oğurlanması barədə məlumat verib. Azyaşlının anası və dayısı 14 yaşlı qıza qarşı törədilən ağır cinayətdən xəbər tutsalar da, bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyiblər və uşağı qaçıran şəxslə yaşamağa məcbur ediblər.

Prokurorluq cinayəti törədən hər iki şəxsi əvvəlcədən bilə-bilə yetkinlik yaşına çatmayan uşağı nikaha məcbur etmə və cinayət barədə xəbər verməmə faktları ilə ittiham edir.

Qeyd edək ki, Daxili İşlər Nazirliyində başlanmış cinayət işinin istintaqı həm təqsirləndirilən şəxsin zorla seksual xarakterli cinayət əməli törətməkdə ittiham olunması, həm də cinayətdə əli ola biləcək digər şəxslərin müəyyən edilərək ifşası istiqamətində davam etdirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər