Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Avropa İttifaqı Rusiyaya silah tədarükünə görə İrana qarşı yeni sanksiyalar hazırlayıb

19 oktyabr / 11:45 2 dəq
Iran
19 oktyabr / 11:45
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqı (Aİ) Rusiyaya silah satması iddiası ilə İrana qarşı yeni sanksiyalar paketi hazırlayıb və onu İttifaqa üzv ölkələrlə razılaşdırmağa hazırlaşır.

“Qərb Xəbər” bildirir ki, bu barədə “Politico” qəzeti Aİ rəsmiləri və diplomatlarına istinadən yazır. Nəşrin məlumatına görə, 5 fiziki və 3 hüquqi şəxsə qarşı sanksiyalar tətbiq oluna bilər.

“Diplomatlar bu gün və ya ən pis halda, cümə axşamı, eləcə də cümə günü keçiriləcək Aİ liderlərinin sammiti öncəsi yeni paketi razılaşdırmağa ümid edirlər”, – qəzet yazır.

Yüksək vəzifəli məmur deyib ki, fərdi sanksiyalar iqtisadi sanksiyalardan daha tez həyata keçirilə bilər. Çünki İranın onsuz da ağır sanksiyalar altında olduğunu nəzərə alsaq, iqtisadi sanksiyaların güclü təsir göstərməsi ehtimalı azdır.

Xatırladaq ki, daha əvvəl ABŞ, Böyük Britaniya və Fransanın BMT Təhlükəsizlik Şurasının növbəti qapalı iclasında İranın Rusiyaya Ukraynada istifadə edilən PUA-ların tədarükü məsələsini qaldırmaq niyyətində olduğu barədə xəbər yayılmışdı.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı