Gəncə şəhərində 42 yaşlı kişi odlu silahla qətlə yetirildi
İyun 15-də saat 22 radələrində Gəncə şəhər Cavadxan qəsəbəsində 42 yaşlı Vüsal Əhmədov ov tüfəngi ilə qətlə yetirilib.
Polis əməkdaşları tərəfindən keçirilmiş müvafiq tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 45 yaşlı Göygöl rayon sakini Röyal Hətəmov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.





