Bölgə xəbərləri

ABŞ-dan Ermənistanla bağlı xəbərdarlıq: Uzaq durun!

5 noyabr / 11:50 1 dəq
Seventimes 08c2a778839f564e2d803745c721d380 u398k24pls0fmv7thowy ????????????????????????????????????????????????????????????
5 noyabr / 11:50
Burada sizin reklamınız ola bilər

ABŞ-ın Ermənistandakı səfirliyi vətəndaşlarına müxalifət hərəkatının paytaxt İrəvanda noyabrın 5-də keçirəcəyi mitinqdə iştirak etməmək barədə xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, xəbərdarlığa səbəb toqquşma və iğtişaş təhlükəsidir.

Səfirlik bildirir ki, nümayişlər gözlənilməz ola bilər.

“Hətta dinc xarakter daşıyan nümayişlər qarşıdurmaya və zorakı hərəkətlərə çevrilə bilər. Ərazidən kənar durun, yeniliklər barədə yerli medianı yoxlayın, izdihamdan və nümayişlərdən qaçın. Dostlarınızı və ailənizi xəbərdar edin”, – diplomatik nümayəndəlikdən bildiriblər.

Xatırladaq ki, noyabrın 5-də müxalifət Fransa meydanında mitinq keçirəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər