Kateqoriyasız

Qəbul imtahanları 2 dəfə keçirilə bilər

29 yanvar / 12:17 1 dəq
D06b4cf6 5779 34a2 91e0 14dfb3018eeb
29 yanvar / 12:17
Burada sizin reklamınız ola bilər

“Ali təhsil müəssisələrinə qəbul imtahanlarının (blok) 2 dəfə keçirilməsini nəzərdə tuturuq”.

“Qərb Xəbər”in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yanvarın 29-da keçirdiyi mətbuat konfransında bildirib.

“Bundan əlavə, magistraturaya qəbul imtahanı və rezidenturaya qəbul imtahanının 1-ci mərhələsini də 2 dəfə keçirməyi planlaşdırırıq. Ancaq bütün bunlar vəziyyətdən asılı olacaq”, – o bildirib.

DİM sədri bir daha imtahan iştirakçılarının, ictimaiyyətin nəzərinə çatdırıb ki, sanitar-epidemioloji vəziyyətlə əlaqədar təqvim planı dəyişə bilər: “Buna əvvəlcədən hazır olmaq lazımdır. İmtahanların keçirilmə ardıcıllığı dəyişməsə də, tarixlərə həmin dövrdəki vəziyyətlə əlaqədar yenidən baxıla bilər”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı