Tovuz rayonunun Bozalqanlı kənd sakinləri suvarma suyu sarıdan əziyyət çəkirlər.
Bu barədə “Qərb Xəbər”ə kənd sakinləri məlumat veriblər.
Belə ki, kəndi suvarma suyu ilə təmin edən subartezian quyusunda nasazlıq yarananda Tovuz subartezian quyularının istismarı idarəsi tərəfindən matoru dəyişdirilib və bundan sonra artezian əvvəlki kimi işləmir.
Sakinlərin dediyinə görə, onlar yaranmış problemlə əlaqədar Tovuz subartezian quyularının istismarı idarəsi rəisi Elxan Əsgərovun qəbulunda da olublar. Lakin, hələ də artezian əvvəlki gücündə işləmir.
Daha ətraflı video videomaterialda: