İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, ölkəsi ABŞ-la danışıqları yalnız İsrailin bölgəyə qarşı həyata keçirdiyi hücumları dayandıracağı halda davam etdirəcək.
Qerbxeber.com APA-a istinadən xəbər verir ki, bu barədə İran dövlət başçısı jurnalistlərə açıqlamasında bildirib.
“Biz sülh və diplomatiyaya üstünlük veririk. Lakin İsrail rejiminin təcavüzü fonunda ABŞ-la danışıqların davam etdirilməsi qeyri-mümkündür”, – deyə prezident vurğulayıb.