Bir neçə qurumlar Gürcüstanda çevriliş etməyə hazırlanırlar-Tiflis meri
Bir neçə ölkə və təşkilat Gürcüstanda dövlət çevrilişi həyata keçirməyə çalışır.
Qerbxeber.com xəbər verir ki, bu sözləri hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi, Tiflis meri Kaxa Kaladze deyib.
Siyasətçinin sözlərinə görə, son illər respublika ərazisində belə cəhdlər bir neçə dəfə olub:
“Bu ölkələr, konkret təşkilatlar, qlobal müharibə partiyasını, “dərin dövləti” təmsil edən insanlar təbii ki, sakitləşə bilməz və sakitləməyəcək də. Onlar ölkədə iğtişaşlar, dövlət çevrilişi təşkil etmək istəyirlər”.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı