Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Siyasət

Bu gün Tbilisidə 3 ölkənin parlament komitələrinin görüşü olacaq

6 mart / 11:40 2 dəq
6405891e0b9656405891e0b96616780843826405891e0b9626405891e0b964
6 mart / 11:40
Burada sizin reklamınız ola bilər

Bu gün Tbilisidə Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşü keçiriləcək.

“Qərb Xəbər” xəbər verir ki, görüşdə iştirak edəcək Azərbaycan Milli Məclisinin nümayəndə heyəti artıq Gürcüstandadır.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyətinə deputatlar Sevinc Fətəliyeva, Nigar Arpadarai, Nəsib Məhəməliyev və Emin Məmmədov daxildir.

Xarici əlaqələr komitələrinin üçtərəfli görüşündən öncə Gürcüstan parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze, Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Akif Çağatay Kılıç və Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov arasında üçtərəfli görüş olacaq. Daha sonra xarici əlaqələr komitələrinin geniş tərkibdə görüşü baş tutacaq.

Azərbaycan nümayəndə heyəti gün ərzində Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, həmçinin parlamentin vitse-spikeri, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Arçil Talakvadze ilə görüşəcək.

Azərbaycanlı deputatların gün ərzində Gürcüstan xarici işlər nazirliyində nazir müavini Laşa Darsalia ilə görüşü də planlaşdırılıb.

Martın 7-dək davam edəcək səfər çərçivəsində parlamentlərarası münasibətlərin inkişafı və digər mövzularda fikir mübadiləsi aparılacağı bildirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı