Dünya

Parlament sədri: “3+3” platforması Ermənistan üçün çox vacibdir”

25 oktyabr / 16:06 1 dəq
Indir 2023 10 25T160548.954
25 oktyabr / 16:06
Burada sizin reklamınız ola bilər

“Cənubi Qafqaz regionunu əhatə edən “3+3” platforması Ermənistan üçün çox vacibdir”.

“Qərb Xəbər” bildirir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan oktyabrın 25-də keçirdiyi brifinqdə bildirib.

“Əgər siz regionun problemlərini orada təmsil olunan ölkələrlə müzakirə etməsəniz, onda Asiya dövlətləri ilə də danışıqlar apara bilməyəcəksiniz”, – o vurğulayıb.

Qeyd edək ki, “3+3” formatı 2020-ci ildə 44 günlük müharibə başa çatdıqdan sonra Türkiyə və Azərbaycan tərəfindən irəli sürülən təşəbbüsdür. Bura Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, İran və Rusiya daxildir.

“3+3” formatında birinci nazirlər görüşü oktyabrın 23-də İranın paytaxtı Tehranda keçirilib. Gürcüstan görüşə qatılmayıb.

Növbəti toplantının Türkiyədə keçirilməsi planlaşdırılır.

İ.Babayeva

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı