Photo 5298543511051825965 y
Əliməmməd Nuriyev: Konstitusiyamızın 30 illik yubileyində hüquqi islahatlara ehtiyac var.1-ci hissə
Photo 5294453100163233178 y
Xəyal Qarayevdən tövsiyələr – Arıxananın köçə hazırlanması
Photo 5294218749567694401 y
Novella Cəfəroğlu -Qadınların dövlət vəzifələrinə az təyin olunması məni narahat edir
250513 marco rubio ac 956p 007aa1
Biz elə tədbirlər görəcəyik ki, həmin hökumət bunun bədəlini ödəsin
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Pənahov ABŞ-da 2 milyonluq villanı necə alıb

3 həftə ago
A A
Indir 2025 05 03t110822.824

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahovun həyat yoldaşına qarşı zorakılığı barədə sensasion xəbər şok effekti yaratdı. Təkcə ona görə yox ki, zorakılığı törədən şəxs ölkədə tanınmış şəxsin övladıdır, həm də ona görə ki, döydüyü, dəhşətli zorakılığa (fotolardan aydın görünür) məruz qoyduğu qadın həyat yoldaşı və üstəlik, hamilə olub. Nəticədə qadın övladını itirib. Məhəmməd Pənahovun törətdiyi hadisənin xəbər yükü də ilk növbədə bir qadına qarşı törədilən zorakılıqdır. Daha sonra isə onun məhz Məzahir Pənahovun övladı olması diqqəti çəkir.

Amma bütün bunlara – oğlunun törətdiyi əməllərə görə Məzahir Pənahovun əlbəttə ki, heç bir məsuliyyəti yoxdur.

Burada əsas məsələ Məzahir Pənahovun heç bir yerdə işləməyən oğlunun ABŞ-da, özü də bu ölkənin ən bahalı bölgələrindən olan Los-Ancelesdə yaşadığı dəbdəbəli həyatdır. Cütlük kifayət qədər lüks həyat şəraitinə malik olub. Oğul Pənahovun həyat yoldaşına qarşı zorakılığının səbəblərinin də dəbdəbəli həyatın yaratdığı pis vərdişlərdən qaynaqlandığı deyilir.

Yayılan xəbərin yaratdığı ikinci sensasiya məhz budur: 2022-ci ildə Bakıda ailə həyatı quran oğul Pənahov ABŞ-a köçüb və Los-Ancelesdə yaşamağa başlayıb. Heç bir iş yeri, məşğuliyyəti, qazanc mənbəyi olmayıb, lakin bu onun Los-Ancelesin nüfuzlu Bel-Eyr bölgəsində, Hollivud ulduzlarının qonşuluğunda 2 milyon 35 min 400 dollara dəbdəbəli villa almağına maneçilik törətməyib.

Los-Anceles, Hollivud ulduzlarının yaşadığı Bel-Eyr bölgəsi və 2 milyon 35 min 400 dollarlıq villa. Britaniyanın “Halifax”, “Natwest” bankları, ABŞ bankları, eləcə də Dubayda heç vaxt boş olmayan bank hesabları…

Bu arayış bütün diqqəti məhz Məzahir Pənahovun üzərinə yönəldir. MSK sədri Məzahir Pənahovun aylıq vəzifə maaşı 3 min manatdır. Uzun illər fəaliyyət göstərdiyi postun yaratdığı müəyyən üstünlüklər də ola bilər, misal üçün, dövlət mükafatları, çoxillik iş təcrübəsinə görə mükafatlar və s. Amma Məzahir Pənahovun aylıq maaşı və rəsmi şəkildə əldə edə biləcəyi maliyyə imkanları Los-Ancelesdə 2 milyonluq villa almasına yetərli ola bilməz. Hesablamağa çalışaq: Məzahir Pənahovun aylıq maaşı 3 min manatdırsa, oğlunun aldığı 2 milyon 35 min 400 dollarlıq villanı almaq üçün yemədən-içmədən 679 ay işləməlidir və bu, 56 il 8 ay edir. 74 yaşlı Pənahov 2000-ci ildən MSK-nın sədridir. Belə bir hesablama bütün riyazi məntiqi alt-üst edir…

Məzahir Pənahovun oğlunun hamilə arvadını döyməsi xəbərində ikinci, əslində əsas sensasiya da məhz burada gizlənib. Atası 3 min manat maaş alan, özü heç bir yerdə işləməyən oğul Pənahov 2 milyonluq villanı necə alıb?

Ümumiyyətlə, oğul Pənahov ABŞ-da işləmirsə, orda biznesi yoxdursa, niyə və hansı vəsaitlə Los-Ancelesdə, ən bahalı məhəllədə yaşamalıdır?

Sualın cavabı varmı?..

 

Asif Nərimanlı

Son xəbərlər

Photo 5298543511051825965 y

Əliməmməd Nuriyev: Konstitusiyamızın 30 illik yubileyində hüquqi islahatlara ehtiyac var.1-ci hissə

23 May 2025
Indir 2025 05 23t163741.765

“Anadolu Ankası – 2025” təlimi başa çatıb – VİDEO

23 May 2025
Indir 2025 05 23t163443.398

İran-ABŞ danışıqları başlayıb

23 May 2025
Indir 2025 05 23t152152.141

Gürcüstana Aİ-ın nümayəndəliyinin üzvülərini ölkəyə girişinə icazə verilməyib

23 May 2025
Indir 2025 05 23t145940.615

9-cu siniflərin aprelin 13-də baş tutan buraxılış imtahanının nəticələri bu gün yekunlaşa bilər

23 May 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.