Xəbər

ARDNF-in builki büdcəsinə dəyişiklik edilib

22 iyun / 15:54 1 dəq
4bdb0f8f 5dc1 33b5 acea f0da0eac9442
22 iyun / 15:54
Burada sizin reklamınız ola bilər

Prezident İlham Əliyev “Dövlət Neft Fondunun (ARDNF) 2023-cü il büdcəsi haqqında” 30 dekabr 2022-ci il tarixli fərmanında dəyişiklik edib.

“Qərb Xəbər” xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, ARDNF-in büdcə gəlirləri ilə bağlı proqnoz 8 990,9 milyon manatdan 16 337,5 milyon manata, büdcə xərcləri ilə bağlı proqnoz isə 11 392,3 milyon manatdan 11 850 milyon manata çatdırılıb.

Son nəticədə Fondun büdcəsində gözlənilən 2 401,4 milyon manat kəsir 4 487,5 milyon manat qalıqla əvəz edilib.

Bu il ARDNF-dən dövlət büdcəsinə nəzərdə tutulan transfertin məbləği isə 11 280 milyon manatdan 11 737,7 milyon manata çatdırılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı