Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Orban: Macarıstan Ukraynanın Aİ-na üzvlüyünə qarşı çıxıb və prosesə mane olacaq

6 iyul / 15:45 2 dəq
Orban
6 iyul / 15:45
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqına (Aİ) üzv ölkələr Macarıstanın nümunəsini izləyərək Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı referendum keçirsəydilər, əhalinin əksəriyyəti bu addıma qarşı çıxardı.

Bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

O qeyd edib ki, Brüsseldəki bürokratlar Ukraynanın Aİ-yə üzvlüyünü “mürəkkəb arqumentlərlə əsaslandıra bilsələr də”, sadə vətəndaşların bu məsələyə münasibəti çox aydındır:

Əgər müharibə vəziyyətində olan Ukraynanı İttifaqa daxil etsək, müharibəni də Avropaya daxil etmiş olarıq. Biz Avropada müharibə istəmirik. Ukraynanın Aİ-yə daxil olması Macarıstan iqtisadiyyatı üçün ciddi risklər yaradır. Ukraynanın üzvlüyü iqtisadiyyatımızı dağıda bilər. Bu təhlükə çox böyükdür. Brüssel vətəndaşların rəyini nəzərə almadan qərar qəbul etməklə yanlış yol tutur”.

Baş nazir əlavə edib ki, Macarıstan artıq bu prosesə mane olub və Ukraynanın Aİ-yə üzvlüyünü qəbul etməyəcək.

Qeyd edək ki, Orban daha əvvəl ölkəsində keçirilən referendumda seçicilərin 95 faizi Ukraynanın Aİ-yə üzvlüyünə qarşı çıxdığını bildirmişdi.

Avropa Komissiyası isə Macarıstanda keçirilmiş referendumla bağlı şərhində qeyd edib ki, Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı yekun qərarı İttifaqın bütün üzv dövlətləri birgə verməlidir və bu, uzunmüddətli və çoxtərəfli hüquqi prosedura əsaslanır.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı