İsrail ordusu Qəzza zolağına zərbələr endirib
İsrail ordusu Qəzza zolağına raket hücumlarına cavab verir.
“Qərb Xəbər”in xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Gecənin əvvəlində raket hücumlarına cavab olaraq İsrail ordusu Qəzza zolağına zərbələr endirir.
İsrail Silahlı Qüvvələri hücumun yeraltı silah istehsalı müəssisəsinə, eləcə də raket materialları istehsalı müəssisəsinə edildiyini bildirib. Obyektlər Qəzza zolağında Fələstinin Həmas təşkilatına məxsus olub.
Bundan əvvəl ordunun mətbuat xidməti Qəzza zolağından olan fələstinli radikalların İsrail ərazisinə 5 raket atdığını bildirmişdi. Onlara müdaxilə edildi.





