2022-ci ildə Rusiyadan qaçan rusların sayı AÇIQLANDI
Rusiya Mərkəzi Bankının məlumatına görə, ölkə son onilliklərin ən əhəmiyyətlisi olan kəskin işçi çatışmazlığı ilə üzləşir. 14.000 işəgötürən arasında aparılan sorğuda işsizlərin sayının 1998-ci ildən bəri ən aşağı səviyyədə olduğu müəyyən edilib.
“Qərb Xəbər” xarici mediayaya istinadən bildirir ki, bu barədə daha ətraflı məlumat Müdafiə Nazirliyi “Twitter” səhifəsində məlumat yayılıb.
Kəşfiyyat məlumatlarına görə, COVID-19 pandemiyasının və Ukraynadakı müharibənin son üç il ərzində təsiri Rusiya əhalisinin gözlənilmədən 2 milyondan çox azalması ilə nəticələnib. Üstəlik, son bir il ərzində daha 1,3 milyon vətəndaş Rusiyanı tərk edib, onların əksəriyyəti gəlir gətirən sahələrdə çalışan gənclər və təhsilli insanlardır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı