Dünya

Qazaxıstanda 2022-ci ilin yanvar hadisələrinin iştirakçılarına hökm oxunub

27 yanvar / 11:25 1 dəq
67972ffc24ee567972ffc24ee6173796146867972ffc24ee367972ffc24ee4
27 yanvar / 11:25
Burada sizin reklamınız ola bilər

Qazaxıstanda 2022-ci ilin yanvarında baş verən hadisələrə görə həbs olunanlara hökm oxunub.

Qerbxeber.com “Sputnik-Kazakhstan”a istinadən xəbərinə görə, “Vəhşi Arman” ləqəbli kriminal avtoritet Arman Jumageldiyev 20 il, Milli Təhlükəsizlik Komitəsinin keçmiş departament rəhbəri Ruslan İsakov isə 15 il 5 ay cəza alıb.

Ölkə Parlamentinin keçmiş deputatı Kayrat Kudaybergen isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, həmin il, yanvarın 2-də sıxılmış qazın qiymətinin artırılması səbəbindən başlayan aksiyalar qısa müddətdə bir neçə iri şəhərə yayılıb.

Nəticədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Askar Mamin hökumətini və Təhlükəsizlik Şurasının sədri, keçmiş dövlət başçısı Nursultan Nazarbayevi istefaya göndərib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı