Ağstafada 35 yaşlı qadın naməlum şəraitdə ölüb
Ağstafa rayonunda 35 yaşlı qadın naməlum şəraitdə ölüb.
“Qərb Xəbər” bildirir ki, hadisə Dağ Kəsəmən kəndində qeydə alınıb.
Belə ki, naməlum şəraitdə dünyasını dəyişən 1988-ci il təvəllüdlü Günel Məmmədovanın meyiti müayinə olunması üçün məhkəmə-tibbi ekspertizaya aparılıb.
Hazırda onun ölüm səbəbləri araşdırılır.
Faktla bağlı araşdırmalara başlanılıb.





