Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Xəbər

Netanyahunun Bakı səfərinin təxirə salmasında Ankara-Təl-Əviv qarşıdurması

5 may / 11:02 4 dəq
Images (65)
5 may / 11:02
Burada sizin reklamınız ola bilər

Netanyahunun Azərbaycana səfərinin təxirə salması “Qəzza zolağında və Suriyada baş verən hadisələr, eləcə də siyasi proseslərin gərgin qrafiki və təhlükəsizlik tədbirləri” göstərilsə də, İsrail mediası “Türkiyənin hava məkanını bağlaması” üzərində dayanır və qeyd olunur: “Netanyahu Bakıya planlaşdırılan səfərini ofisinin dediyi kimi regional hadisələr və “sıx siyasi və təhlükəsizlik qrafiki” səbəbindən yox, Türkiyənin “Wing of Sion” dövlət təyyarəsinin hava məkanından keçməsinə icazə vermədiyi üçün təxirə salmağa məcbur olub. Bu, ilk hadisə deyil. Prezident İssak Hersoq COP-29 tədbirinə də Türkiyənin hava məkanından keçid icazəsi vermədiyi üçün gedə bilməmişdi”.

İsraildən Azərbaycana fərqli marşrutlar da mövcuddur və məsələnin birbaşa “Türkiyə marşrutu” ilə bağlı olmadığı aydın görünür. İsrail mediasının Türkiyə üzərinə fokuslanmasının iki mümkün səbəbi ola bilər.

1. Səfərin təxirə salınmasının İsrailin istəyi olmadığını göstərmək;

2. Türkiyəni əsas günahkar kimi təqdim etməklə Bakı-Ankara xəttində narazılıq yaratmaq cəhdi;

Netanyahunun Bakı səfərini təxirə salmasının rəsmi səbəbləri real vəziyyətə adekvatdır:

– İsrail ordusu Qəzzaya hücumu genişləndirmək məqsədilə ehtiyatda olan minlərlə hərbçiyə çağırış göndərib;

– Husilərin hücumundan sonra İsrailin hava məkanında təhlükəsizlik problemləri yaranıb;

Netanyahunun Bakı səfərini təxirə salması real vəziyyətə uyğun addım kimi görünür. Hərçənd, əsas səbəb kimi Ankara-Təl-Əviv xəttində qarşıdurmanın kəskinləşməsi ehtimalı daha çoxdur. İstisna deyil ki, Azərbaycan Netanyahu və Ərdoğanın Bakıda görüşünü təşkil etməklə İsrail-Türkiyə danışıqlarının ən yüksək səviyyədə davam etdirilməsi və anlaşmanın əldə olunması prosesini hazırlayırdı. Lakin İsrailin durziləri müdafiə etmək adı altında Suriyaya hava zərbələri endirməsi – paytaxt Şam ətrafı ilə yanaşı, Türkiyənin dəstəklədiyi hərbi qüvvələrin bazalarının vurulması (hətta türk F-16-ları ilə İsrail təyyarələrinin havada “xəbərdarlıq mesajı” göndərdiyi haqda məlumatlar var), Qəzzada baş verənlər müzakirə/anlaşma imkanlarını sual altına salır.

Burada Bakı-Təl-Əviv xəttində baş verənlər də nəzərə alınmalıdır. Netanyahunun 5 günlük planlaşdırılan səfərində Azərbaycanla mühüm anlaşmaların əldə olunacağı (İbrahim anlaşmasından belə bəhs olunur) gözlənilən idi. Mövcud şərtlərdə – İsrailin Azərbaycanın əsas müttəfiqi olan Türkiyə ilə qarşıdurma yaşadığı dövrdə belə bir anlaşmaların imzalanması müzakirə mövzusuna çevrilir. Mümkündür ki, səfərin təxirə salınmasında Bakı və Təl-Əvivin real vəziyyəti qiymətləndirməsi də rol oynayıb.

Bütün bunların fonunda hadisələrin mümkün inkişafı aktualdır: Türkiyə-İsrail qarşıdurmasının asanlıqla səngiyəcəyi çətin görünür, xüsusilə Suriyadakı mənzərə fonunda. Lakin Azərbaycan tərəflər arasında dialoqun bərpası istiqamətində səylərini davam etdirəcək və Bakıda yüksək səviyyədə təmasların baş tutacağı perspektivi hələ də sıradan çıxmayıb. Çünki Türkiyə-İsrail qarşıdurması ABŞ-ın da maraqlarına uyğun deyil və Vaşinqton nəticə əldə edilməsi üçün Bakının səylərinə dəstək verə bilər.

Asif Nərimanlı

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı