Siyasət

Spikerdən büdcə açıqlaması

24 dekabr / 11:18 1 dəq
Dd4bdd52 e5f7 3524 9aa9 fdacfb2f6f35
24 dekabr / 11:18
Burada sizin reklamınız ola bilər

“Başa çatmaqda olan 2020-ci il Azərbaycan tarixinin mühüm bir dövrünü təşkil edir. Ali baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyub”.

Report-un xəbərinə görə, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, ölkə həyatında müşahidə olunan reallıqlar 2021-ci ilin dövlət büdcəsinin formalaşmasına təsir göstərməyə bilməzdi: “Bu, dövlət büdcəsində özünü əks etdirir. 2021-ci ilin dövlət büdcəsinin əsas prioritetləri əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsi, işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulmasıdır”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı