Dünya

Türkiyə Krımın işğalı ilə bağlı açıqlama yaydı

17 mart / 09:22 1 dəq
Krim
17 mart / 09:22
Burada sizin reklamınız ola bilər

Türkiyə Krımın Rusiya tərəfindən işğalını tanımır.

Qerbxeber.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Krımın işğalının 11-ci ildönmü ilə bağlı yaydığı bəyanatda qeyd olunub.

Bəyanatda Rusiya Federasiyasının 2014-cü il martın 16-da keçirdiyi referendumun qeyri-legitim olduğu və Krımda mövcud de-fakto vəziyyətin tanınmadığı vurğulanıb.

Bundan başqa, Türkiyənin Krım-tatar türklərinin vəziyyətini yaxından təqib edəcəyi və yarımadada baş verən hadisələri beynəlxalq ictimaiyyətin gündəmində saxlamağa davam edəcəyi bildirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı