Bölgə xəbərləri

Müharibə Rusiya və Ukraynanın hərbi xərclərini kəskin artırıb

24 aprel / 15:28 2 dəq
Rus tank
24 aprel / 15:28
Burada sizin reklamınız ola bilər

Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Moskva və Kiyevin hərbi xərcləri kəskin artıb.

“Qərb Xəbər” bildirir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) təqdim etdiyi hesabatda bildirilib.

Sənədə görə, 2022-ci ildə Rusiyanın hərbi xərcləri illik müqayisədə 9,2% artaraq 86,4 milyard ABŞ dollarına çatıb. Bu, Rusiya ümumi daxili məhsulunun (ÜDM) 4,1%-ni təşkil edib.

Hesabata əsasən, 2022-ci ilin sonunda Rusiya tərəfindən açıqlanmış rəqəmlər ölkənin hərbi xərclərin əsas komponenti olan milli müdafiə xərclərinin nominal mənada 2021-ci ildə hazırlanmış büdcə planlamasından 34% çox olduğunu göstərib.

“Rusiyanın büdcə planları ilə real hərbi xərcləri arasındakı fərq Ukraynanın işğalının ona gözlədiyindən artıq xərclər yaratdığını göstərir”, – deyə hesabatda bildirilib.

2022-ci ildə Ukraynanın hərbi xərcləri isə bir il əvvələ görə 7,4 dəfə artaraq 44 milyard dollara çatıb.

Müharibə səbəbilə Ukrayna iqtisadiyyatına dəymiş zərərə görə Kiyevin hərbi xərcləri 2022-ci ildəki ÜDM-nin 34%-ni, 2021-ci ildəki ÜDM-nin isə 3,2%-ni təşkil edib.

Hesabata görə, 2022-ci ildə ABŞ Ukraynaya 19,2 milyard dollarlıq hərbi yardım edib. Bu, Vaşinqtonun soyuq müharibədən sonra tək bir ölkəyə göstərdiyi ən böyük həcmli hərbi yardımıdır. Əlavə olunub ki, Ukraynaya yardım ABŞ-ın ümumi xərclərinin cəmi 2,3%-ni təşkil edib.

Paylaş
Burada sizin reklamınız ola bilər