Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın “insanlığa qarşı cinayətlər və müharibə cinayətləri” ilə bağlı həbsinə order verib.
Qerbxeber.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin yaydığı məlumatda qeyd olunub.
“Beynəlxalq Cinayət Məhkəməsinin İbtidai Məhkəmə Palatası yekdilliklə İsrailin Roma Statutuna uyğun olaraq çağırışlarını rədd edən iki qərar qəbul etdi. Məhkəmə həmçinin Netanyahu və Qallantın Fələstində törədilmiş hərbi cinayətlər və insanlığa qarşı cinayətlər iddiası ilə həbs olunmasına order verib”, – məhkəmənin məlumatında qeyd olunub.
Bununla yanaşı, HƏMAS-ın hərbi qanadının komandanı Məhəmməd Əd-Deyfin də həbsinə order verilib.