Dünya

Netanyahu HAMAS-ı hədələyib

21 fevral / 11:54 1 dəq
67b8280233a0567b8280233a06174012211467b8280233a0367b8280233a04
21 fevral / 11:54
Burada sizin reklamınız ola bilər

HAMAS ötən gün girov Şiri Bibasın əvəzinə Qəzzadan başqa bir qadının meyitini təhvil verib.

Qerbxeber.com xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

Onun sözlərinə görə, HAMAS girov Şiri Bibasın əvəzinə naməlum Qəzza sakininin meyitini təhvil verib: “HAMAS Şiri Bibasın yerinə qəzzalı qadının meyitini təhvil verib. Müqaviləni pozduqlarına görə tam bədəl ödəyəcəklər. Onlar tamamilə aradan qaldırılmalıdır”.

Netanyahu Şiri Bibasının meyitini İsrailə qaytarmaq üçün qətiyyətlə hərəkət edəcəyini vəd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər