Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Gürcüstan müxalifəti yeni etiraz aksiyasına hazırlaşır

8 mart / 11:10 2 dəq
Gürcü etiraz
8 mart / 11:10
Burada sizin reklamınız ola bilər

Gürcüstan müxalifəti çərşənbə günü günortadan sonra Tbilisidə parlament binası qarşısındakı meydanda yeni etiraz aksiyasının keçiriləcəyini elan edib və tərəfdarlarını aksiyada iştirak etməyə çağırıb.

Bu barədə müxalif “Aqmaşenebeli Strategiyası” partiyasının lideri Giorgi Vaşadze bildirib.

Onun sözlərinə görə, polis və xüsusi təyinatlılar qeyri-mütənasib güc tətbiq ediblər.

“Bir çox etirazçı saxlanılıb, onların arasında “Qirçi-Daha çox azadlıq” müxalifət partiyasının lideri Zurab Caparidze də var. Bir neçə saatdan sonra parlamentin qarşısındakı meydanda keçiriləcək etiraz aksiyasına dünənkindən daha çox insan toplaşacaq”, – o, jurnalistlərə açıqlamasında bildirib.

G.Vaşadze əlavə edib ki, dünya ictimaiyyəti, şübhəsiz ki, hazırkı Gürcüstan hakimiyyətini dinc aksiynın dağıdılmasına görə qınayacaq.

KİV-in məlumatına əsasən, hazırda Tbilisidə parlament binasının qarşısındakı meydan tamamilə polis və xüsusi təyinatlıların nəzarətindədir.

Xatırladaq ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir.

Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Gürcüstan Prezidenti Salome Zurabişvili nümayişçiləri dəstəklədiyini bildirib və qanuna veto qoyacağını vəd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı