Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Azərbaycan kibertəhlükəsizlik üzrə BMT-nin sessiyasında iştirak edib

13 fevral / 16:07 2 dəq
65cb55e5ef0b565cb55e5ef0b6170782461365cb55e5ef0b365cb55e5ef0b4
13 fevral / 16:07
Burada sizin reklamınız ola bilər

Nyu-York şəhərində BMT Baş Assambleyasının informasiya və kommunikasiya texnologiyalarının cinayət məqsədli istifadəsi ilə mübarizə üzrə beynəlxalq konvensiyası üzrə yekun sessiyası keçirilib. Sessiyada Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndələri şöbə rəisi Elgin Abdullayev və Vüsalə Məmmədova iştirak edib.

“Qərb Xəbər” Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbərinə görə, konvensiyanın müzakirəsi razılaşdırılmayan bəndlər üzrə aparılmış, yenidən verilən təkliflərə baxılmış və Konvensiyanın məzmununda müəyyən dəyişikliklər edilib.

Müvafiq Konvensiya kriminallaşdırma, prosessual tədbirlər və qanunun tətbiqi, sübutların toplanması, əldə edilməsi, mühafizəsinin təşkili ilə bağlı beynəlxalq əməkdaşlıq, qarşılıqlı texniki yardım və təcrübə mübadiləsi, o cümlədən cinayətlərin qarşısının alınması, aşkarlanması, təhqiqatı və istintaqı, cinayətlərin analizi üzrə təlimlərin və texniki dəstəyin təşkil edilməsi, profilaktik tədbirlər ilə bağlı müddəaları özündə ehtiva edir.

Nümayəndələr tərəfindən sessiyalarda iştirak zamanı Azərbaycan Respublikasının ratifikasiya etdiyi 23 noyabr 2001-ci il tarixli “Kibercinayətkarlıq haqqında Konvensiya”nın və daxili qanunvericiliyin tələblərinə zidd müddəaların qəbul edilməməsi, o cümlədən Konvensiyada nəzərdə tutulan müddəaların təsdiq edildikdən sonra icrasının hüquqi və texniki baxımdan mümkünlüyünə xüsusi diqqət yetirilib.

XRİTDX-nin şöbə rəisi E. Abdullayev iclas zamanı müvafiq bəndlər üzrə təkliflərlə çıxış edib.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təklifləri Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının “Ad Hoc” Komitəsi tərəfindən nəzərə alınıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı