Niderlandın Haaqa şəhərində NATO-ya üzv ölkələrin liderlərinin sammiti keçirilır.
Qerbxeber.com xəbər verir ki, tədbirdə ABŞ prezidenti Donald Tramp,Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan,Ukrayna prezidenti Volodimir Zelenski, eləcə də alyansda təmsil olunan digər ölkələrin liderləri iştirak edəcək.
İki gün davam edəcək sammit iyunun 25-də yekunlaşacaq.
Toplantıda kollektiv təhlükəsizliyin gücləndirilməsi ilə yanaşı, digər aktual məsələlər müzakirəyə çıxarılacaq.