Tovuzda hündürlükdən yıxılan 33 yaşlı kişi xəstəxanada ölüb
Tovuzda bədbəxt hadisə baş verib.
Qerbxeber.com məlumatına görə, fevralın 12-də Qovlar şəhəri ərazisində Cilovdarlı kənd sakini 33 yaşlı Murad Hüseynov hündürlükdən yıxılıb. Xəstəxanaya yerləşdirilmiş M.Hüseynov orada ölüb.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı