Hadisə

Müdafiə Nazirliyindəki yeyintiyə görə daha bir həbs

21 fevral / 21:10 1 dəq
Handcuffs01 2003 06
21 fevral / 21:10
Burada sizin reklamınız ola bilər
Sabiq idarə rəisi mənimsəmə və külli miqdarda ziyan vurmaqda ittiham olunur
Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Məlikməmməd Oruc oğlu Qurbanovun saxlanıldığı bildirilir.
Baş Prokurorluq məlumatı təsdiqləyib.
Bildirilir ki, Məlikməmməd Qurbanov Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən saxlanılıb.
Barəsində Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Haqqında həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.
Məlikməmməd Qurbanov hazırda hərbi xidmətdə deyil.
Yaşa görə ehtiyatda olan Qurbanov vaxtilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Paylaş
Burada sizin reklamınız ola bilər