Avqustun 6-na gözlənilən hava şəraiti açıqlanıb.
“Qərb Xəbər” bildirir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti olacaq.