Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Siyasət

Gürcü nazir azərbaycanlıları müdafiə etdi

4 may / 11:40 2 dəq
IMG 20200504
4 may / 11:40
Burada sizin reklamınız ola bilər

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili son günlər sosial şəbəkələrdə yerli azərbaycanlılar barədə yazılan təhqiramiz fikir və ifadələrə sərt reakasiya verib.

Report-un xəbərinə görə, o, bu cür halların qətiyyən yolverilməz olduğunu bildirib.

Dövlət nazirinin sözlərinə görə, səsləndirilən bu cür fikir və bəyanatlar Gürcüstan cəmiyyətinə qarşı yönəlib: “Əminəm ki, cəmiyyət də anlayır ki, ictimaiyyətdə münasibətlərin gərginləşdirilməsinə yönələn bu cür cəhdlər heç bir nəticə verməyəcək. Ciddi qlobal pandemiya problemi fonunda gözəgörünməz düşmənlə uğurla mübarizə aparmaq üçün bizə birlik və qarşılıqlı dəstək olduqca lazımdır”.

K.Tsixelaşvili qeyd edib ki, Gürcüstanın bütün bölgələrində etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq hər bir həmvətəndaşın həyat və sağlamlığı eyni səviyyədə prioritet məsələdir: “Gürcüstanın bütün vətəndaşları bərabərdir. Etnik müxtəliflik ölkəmizin unikal xəzinəsi olub və bundan sonra da olacaq”.

Qeyd edək ki, koronavirus pandemiyası dövründə, xüsusən də son günlər Gürcüstanda sosial şəbəkələrdə yerli azərbaycanlı vətəndaşlara qarşı milli zəmində təhqiramiz, alçaldıcı fikir və şərhlər geniş yayılıb.   

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı