Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turuna yekun vurulacaq.
“Qərb Xəbər” məlumat verir ki, sonuncu oyun günündə E, F, G və H qrupunun oyunları keçiriləcək.
“Barselona” H qrupunda Ukrayna “Şaxtyor”unu qəbul edəcək. Qrupun digər matçında “Portu” “Antverpen”in qonağı olacaq.
F qrupunda PSJ öz meydanında “Milan”la qarşılaşacaq. Qrupun digər oyununda “Nyukasl” Dortmund “Borussiya”sını qəbul edəcək.
25 oktyabr
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 3-cü tur
E qrupu
20:45 “Feyenoord” (Niderland) – “Latsio” (İtaliya)
23:00 “Seltik” (Şotlandiya) – “Atletiko” (İspaniya)
H qrupu
20:45 “Barselona” (İspaniya) – “Şaxtyor” (Ukrayna)
23:00 “Antverpen” (Belçika) – “Portu” (Portuqaliya)
F qrupu
23:00 PSJ (Fransa) – “Milan” (İtaliya)
23:00 “Nyukasl” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya)
G qrupu
23:00 “Yanq Boyz” (İsveçrə) – “Mançester Siti” (İngiltərə)
23:00 “Leypsiq” (Almaniya) – “Srvena Zvezda” (Serbiya)
R.Carçılı